Sabunçuda əl qumbarası tapılıb - VİDEO - FOTO

7 İyun 2021 14:34

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb edilib.

Hadisə yerinə baxış keçirilərkən ərazidə döyüş tətbiqinə yararlı 1 ədəd "F-1" əl qumbarası aşkar edilib.

Aşkar edilmiş sursat zərərsizləşdirilməsi üçün XRXX-nin pirotexnikləri tərəfindən ərazidən götürülüb.

Milli.Az