Azyaşlı qızlara illərlə təcavüz edən manyak - “Netflix”dən inanılmaz addım

7 İyun 2021 13:19

"Netflix" videoservisi Kseniya Sobçakın "Skopin manyakı" kimi tanınan Viktor Moxov barəsindəki filmini alacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Sobçak özünün "Instagram" səhifəsində məlumat verib.

Martın 22-də yayımlanmış film ölkədə böyük qalmaqal yaradıb.

Qeyd edək ki, V.Moxov 2000-ci ildə 14 yaşlı Yekaterina və 17 yaşlı Yelenanı qaçırıb. O, evinin qarajında xüsusi hazırlanmış bunkerdə təxminən dörd il ərzində qızlara təcavüz edib, işgəncə verib. Onun qurbanları bunkerdən yalnız 2004-cü ilin may ayında xilas ola biliblər.

Milli.Az