"Liverpul"dan PSJ-yə

10 İyun 2021 21:14

PSJ heyətinə yeni futbolçu cəlb edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, klub "Liverpul"dan ayrılan Corcinyo Veynaldumun transferini başa çatdırıb. Niderlandlı yarımmüdafiəçi ilə 2024-cü ilin yayına kimi müqavilə imzalanıb.

Qeyd edək ki, C. Veynaldum 2016-cı ildən "Liverpul"da çıxış edirdi.

Milli.Az