Sabiq "Barselona"lı "Qalatasaray"da!

7 İyun 2021 12:59

Marselo Saraççi və Əmrə Daşdəmirlə yollarını ayıran "Qalatasaray" müdafiənin sol cinahındakı boşluğu aradan qaldırıb. 

Milli.Az "fotomaç"a istinadla xəbər verir ki, "sarı-qırmızılar" son mövsümü "Betis"də keçirən Aleks Moreno ilə anlaşıb. 2019-cu ildə "Rayo Valekano"dan 7 milyon avro qarşılığında transfer olunan 27 yaşlı müdafiəçi İstanbul nəhəngi ilə 2022-nin yayına qədər razılığa gəlib. "Qalatasaray" Moreno üçün "Betis"ə 500 min avro icarə pulu ödəyəcəksə, futbolçu illik 1,2 milyon avro qazanacaq. Müdafiəçi bu həftə İstanbula gəlib, rəsmi sənədə imza atacaq.

Milli.Az