İnək südü koronavirusdan qoruyur - mütəxəssislər

7 İyun 2021 21:54

İspaniyada aparılan yeni bir araşdırmaya görə inək südü kovid-19-a qarşı təsirlidir.

Milli.Az xəbər verir ki, inək südü infeksiyalara qarşı qoruyucu olan bioloji komponentlər tərkiblidir. İnəklərdə yaranan antitellər yoluxmuş insanlarda koronavirusu təsirsiz hala salır. Vaksinasiya olmuş və ya olmamış insanlarda isə koronavirusun qarşısını alır.

Bütün bu araşdırmalardan sonra mütəxəssislər immun sistemini gücləndirəcək, infeksiyanın qarşısını alacaq yüksək antitel tərkibli süd məhsulu istehsal etməyi hədəflədiklərini bildiriblər.

Qeyd edək ki, araşdırma 300-dən çox insan üzərində aparılıb. Nəticələrə görə, həmin insanların heç birində koronavirusa rastlanılmayıb.

Südü sağılan inəklər və iribuynuzlu heyvanların "BcoV" peyvəndləri ilə aşılandığını bildirən mütəxəssislər, bu səbəbdən onların yüksək miqdarda antitelə malik olduqlarını deyiblər. /medicina.az

Milli.Az