"Sumqayıt" 2 futbolçusu ilə müqaviləni uzatdı - YENİLƏNİB

10 İyun 2021 21:17

21:17

"Sumqaytı" kapitanı Vurğun Hüseynovla müqaviləni yeniləyib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 33 yaşlı müdafiəçi ilə 1 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, Vurğun Hüseynov "Sumqayıt"ın tarixində ən çox oyun keçirən futbolçudur. 2013-cü ildə "Xəzər Lənkəran"la oyunda komandada debüt edən təcrübəli müdafiəçi ümumilikdə 180 qarşılaşmada meydana çıxıb. O, 1 dəfə qol vurmağa da müvəffəq olub. Vurğun həmçinin Azərbaycanın U-21 və "A" millilərində də çıxış edib.

18:13

"Sumqayıt" daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi 23 yaşlı yarımmüdafiəçi Murad Xaçayevlə 2 illik yeni sözləşmə imzalayıb.

2018-ci ildən "Sumqayıt"ın şərəfini qoruyan Xaçayev ümumilikdə 32 oyunda (2293 dəqiqə) meydanda olub və 4 qol vurub. O, Azərbaycanın U-19, U-21 və əsas millilərində də çıxış edib.

Milli.Az