Ermənistanda seçkiqabağı təşviqat kampaniyası başladı

7 İyun 2021 10:29

Ermənistanda erkən parlament seçkilərinin seçkiqabağı təşviqatı dövrü rəsmən başlayıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, təşviqat dövrü iyunun 18-dək davam edəcək, iyunun 19-u isə "sükut günü" olacaq. Seçkilər isə iyunun 20-də keçiriləcək.

Seçkilərdə iştirak etmək üçün rekord sayda - 23 partiya və 4 blok qeydiyyatdan keçib.

Mütəxəssislərə görə, "Mülki Müqavilə" partiyası (lideri - Nikol Paşinyan), "Hayastan" bloku (Robert Koçaryan), "Şərəfim var" bloku ( Artur Vanetsyan) və "Çiçəklənən Ermənistan" partiyasının (Qaqik Tsarukyan), həmçinin "Maariflənmiş Ermənistan" (Edmon Marukyan) və "Erməni Milli Konqresi"nin (Levon Ter-Petrosyan) parlamentə daxil olmaq şansı var.

Dövlət televiziyasında təşviqat kampaniyası üçün partiyalara və bloklara ödənişsiz 30 dəqiqə, ödənişli 60 dəqiqə, dövlət radiosunda isə ödənişsiz 60 dəqiqə, ödənişli 90 dəqiqə vaxt ayrılacaq.

Qeyd edək ki, Ermənistanda seçicilər reyestrinə daxil olan ümumi seçicilərin sayı 2 milyon 581 min 93 nəfərdir.

Milli.Az