"Öldü"yü iddia edilən korona xəstəsi iki həftə sonra evə döndü - İnanılmaz - FOTO

7 İyun 2021 12:49

Hindistanda xəstəxanada koronavirus xəstəsi olan 70 yaşlı Muktyala Girijammanın ailəsinə həkimlər öldüyü xəbərini veriblər.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, ailəsi dəfn mərasimindən sonra üzüntü içində olub. Lakin iki həftə sonra gördükləri onları şoka salıb. Qadın sağlam halda evə dönüb.

Kamran Seyidov
Milli.Az