Biləsuvarda 86 yaşlı kişi kanalda boğulub

7 İyun 2021 10:24

Biləsuvarda boğulma hadisəsi baş verib.

Milli.Az bildirir ki, hadisə Cənubi Muğan kanalında qeydə alınıb. Biləsuvar rayonunun Nərimankənd kənd sakini, 1935-ci il təvəllüdlü Şirzahid Şahsuvarov Cənubi Muğan kanalına düşərək boğulub. Onun meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik dəqiq deyil.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az