"Yuventus" Morata ilə bağlı qərarını verdi

10 İyun 2021 21:13

Müqavilə ilə "Atletiko"ya məxsus olan Alvaro Morata "Yuventus"da oynamağa davam edəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira məlumat verib. Turin təmsilçisi müqavilənin uzadılması seçimindən istifadə edərək 28 yaşlı hücumçunun icarə müddətini uzadıb.

Bunun  Avropa çempionatında iyunun 14-ü keçiriləcək  İspaniya - İsveç matçı öncəsi rəsmi olaraq elan edilməsi gözlənilir.

Qeyd edək ki, Morata ötən mövsüm A seriyasının 32 matçında  oynayıb, 11 qol vurub və 9 qolun ötürməsini verib.

Milli.Az