Suriyada nümayişçiləri bombalayırlar, ölənlərin sayı 50-yə çatıb - YENİLƏNİB

6 Fevral 2012 17:43
17:43

Milli.Az "Reuters"ə istinadən xəbər verir ki, Homs şəhərinə endirilən artilleriya zərbələri nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb. Şahidlər şəhərin bombardmanının fasiləsiz olaraq davam etdirildiyini bildirir. Nümayişlərin keçirildiyi ərazilərə tanklar vasitəsilə də atəş açılır.

Hüquq müdafiəçiləri ölənlərin əksəriyyətinin dinc sakinlər olduğunu söyləyir. Hökumət isə orduya qarşı "silahlı terrorçuların" mübarizə apardığını bildirir.

---------
15:16


Milli.Az-ın Reuters-ə istinadən verdiyi məlumata görə, nəticədə ən azı 15 nəfər ölüb. Müxalifət dairələri həlak olanların sayının daha artıq olduğunu bildirir.

"Bu, son günlərin ən dəhşətli bombardmanıdır", - deyə məlumatda bildirilir.
Xatırladaq ki, ötən həftənin sonunda Homsda nümayişçilərə endirilmiş artilleriya zərbəsi təxminən 250 nəfərin həyatına son qoymuşdu.

Milli.Az