Yeni ailə quran gəncin faciəsi - Sel sularında boğuldu

7 İyun 2021 09:11

Şəkinin Kiş kəndində boğulma hadisəsi qeydə alınıb.

Milli.Az xəbər verir ki, hadisə dünən axşam saatlarında Qurucana çayında baş verib. Çaya gələn güclü sel kənd sakini, 1996-cı il təvəllüdlü Şamil Azər oğlu Əhmədovu aparıb. 25 yaşlı Ş.Əhmədovun meyiti çaydan çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Ş.Əhmədov yeni ailə qurmuşdu.

Xatırladaq ki, Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.

Milli.Az