Monronun kitabları hərraca çıxarılacaq

7 İyun 2021 09:44

Merlin Monronun sevimli resept və pəhriz kitabları hərraca çıxarılacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, söhbət "Bostonun Fanni Fermer kulinar məktəbinin aşpaz kitabı" və "Kulinariyanın yeni sevincləri" kitablarından gedir. 1950-ci illərdə işıq üzü görən bu kitablar aktrisanın sevimli topluları olub.

Kitabın səhifələrində Monronun əllə yazılmış qeydləri var.

Nəşrlərdən hər birinin 50-70 min dollara yaxın dəyəri olduğu bildirilir.

Hərrac iyunun 22-də "Siegel Auction Galleries"də keçiriləcək.

Milli.Az