Pakistanda qatarlar toqquşub: 36 nəfər ölüb - VİDEO

7 İyun 2021 09:20

Pakistanın cənubunda iki sərnişin qatarının toqquşması nəticəsində azı 36 nəfər ölüb, 64 nəfər yaralanıb.

Milli.Az xəbər verir ki, bu barədə "Geo TV" kanalı polis və xilasetmə qruplarına istinadla məlumat yayıb.

Qəza ölkənin cənubunda Sind əyalətindəki Qotka şəhəri ərazisində baş verib. Qatarlardan biri relsdən çıxıb, bundan sonra ikinci qatar ona çırpılıb. Polis rəsmisi əlavə edib ki, yerli sakinlər, xilasedicilər və polis yaralı sərnişinləri və ölənlərin cəsədlərini yaxınlıqdakı xəstəxanalara aparır.

Hadisə zamanı 14 vaqon aşıb, onlardan səkkizi isə tamamilə məhv olub.

Hazırda xilasetmə əməliyyatı davam edir. Hadisənin səbəbləri açıqlanmır.

Milli.Az