Türkiyədə koronavirusla bağlı son vəziyyət

7 İyun 2021 09:05

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 96 nəfər dünyasını dəyişib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 48 164 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 5 386 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 287 980 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 6 003 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 5 160 774 nəfər təşkil edir.

Milli.Az