Bakıda motosikletçini avtomobil vurub

7 İyun 2021 08:39

Paytaxtın Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, yol qəzası B.Çobanzadə və R.Rüstəmov küçələrinin kəsişməsində baş verib.

1987-ci il təvəllüdlü İmanov Elçin İmanqulu oğlu idarə etdiyi motosikletlə işıqforun yaşıl işığından keçərkən onu minik avtomobili vurub. E.İmanov sağ bud sümüyünün qəlpəli sınığı və kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Milli.Az