Bakıda piyadanı avtomobil vurub

7 İyun 2021 08:17

Paytaxtın Nizami rayonunda qadın yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, yol qəzası Heydər Əliyev prospektində baş verib.

1983-cü il təvəllüdlü Həsənova Fazilə Fazil qızı yolu keçərkən onu minik avtomobili vurub. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az