Vüsalə Kərimova Vətən Müharibəsi iştirakçısı ilə evləndi - FOTO

7 İyun 2021 07:34

Paralimpiyaçımız Vüsalə Kərimova Vətən Müharibəsi veteranı Vaqif Babazadə ilə ailə qurub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onlar bir il əvvəl tanış olublar.

Lakin Vətən Müharibəsinə görə evlənmələri yubanıb.

Vaqif Babazadə müharibədəki qəhrəmanlıqlarına görə "Ağdamın azad olunmasına görə", "Şücaətə görə" və "Hərbi xidmətdə fərqlənməyə görə" medalları ilə təltif edilib.

Milli.Az