Ölümü necə unuda bilərsiniz ki, o, sizi unutmur?

13 İyun 2021 23:40

Ölüm - elə bir hadisədir ki, hər bir insanı gec və ya tez yaxalayar. İnsan ona görə hər an ölümə hazır olmalıdır.

Lakin çox təəssüf ki, belə deyildir. Biz insanlar fani olduğumuzu unuduruq və ölümü yaddan çıxardırıq. Ona görə də cürbəcür günahlar edir və bu günün işini sabaha saxlayırıq. Öz-özümüzə deyirik ki, bu işi sabah görərəm, ancaq ondan qafilik ki, sabah ölüm bizi yaxalaya bilər. Bəzən xəta, hətta günah edir və tövbəni təxirə salırıq və deyirik ki, hələ ömrümüzə vardır.

Amma haradan bilirsən ki, ömrünə hələ qalıbdır? Bunu Allahdan başqa heç kəs bilə bilməz.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Əli (ə) buyurur: "Ey insanlar! Sizə ölümü yada salmağı tövsiyə edirəm. Ölümü necə unuda bilərsiniz ki, o, sizi unutmur? Necə tamah edə bilərsiniz ki, o, sizə möhlət vermir?

Keçmişdəkilərin ölümü sizin ibrət almağınız üçün kifayətdir. Onları qəbirlərinə tərəf apardılar və onları qəbrə endirdilər. Elə yaddan çıxdılar ki, sanki dünyanı abad edənlərdən olmamışdılar. Axirət davamlı olaraq onların evi olar. O şeyi ki, özləri üçün vətən bilirdilər - onlardan uzaqlaşmışdır. O şeylərlə ki, məşğul olmuşdular - ayrıldılar.

İndi nə öz çirkin əməllərindən uzaq olmaq üçün qüdrətləri vardır, nə də saleh əməllərinə əməllər əlavə edə bilirlər. Elə bir dünyaya yaxın oldular ki, onları məğrur etmişdir. Ona iman bəslədilər və sonları məğlubiyyət oldu". (Həvzəh)

Allah Təala aqibətimizi xeyirli etsin.

Milli.Az