Maşın bazarında yanğın: 20-yə yaxın avtomobil külə dönüb - Gürcüstanda - FOTO

6 İyun 2021 17:07

Gürcüstanın Rustavi şəhərindəki maşın bazarında yerləşən kafedə yanğın baş verib. 

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə yerinə Gürcüstan Fövqəladə Halların İdarəetməsi Xidmətinin 3 yanğınsöndürmə briqadası cəlb edilib.

Yaxınlıqdakı avtomobillərə sıçrayan yanğın bir neçə maşını yararsız hala salıb. Yanğının söndürülməsi üçün tədbirlər görülür.

Hadisə zamanı xəsarət alanın olmadığı bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az