"Neftçi" hücumçusu ilə yolları ayırdı

6 İyun 2021 16:32

"Neftçi" futbolçusu Ahmed Ahmedovla yollarını ayırıb. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hücumçunun başa çatan müqaviləsi yenilənməyib.

Bakı təmsilçisi türk əsilli bolqarıstanlı futbolçuya göstərdiyi xidmətə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Ahmedov fevral ayından "Neftçi"də 9 oyunda 1 qol vurub.

Milli.Az