Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 223 180-ə çatıb

6 İyun 2021 16:25

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 37 yoluxma halı qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 223 180-ə çatıb.

Son 24 saat ərzində koronavirusdan 4 ölüm halı qeydə alınıb, bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4458-ə çatıb.

Milli.Az