Azərbaycanlı gimnast Qahirədə keçirilən Dünya Kubokunda gümüş medal qazanıb - FOTO

6 İyun 2021 10:05

İdman gimnastikası üzrə Azərbaycan yığmasının üzvü Cavidan Babayev Qahirədə Qahirədə keçirilən Dünya Kubokunda uğurla çıxış edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, azərbaycanlı gimnast halqalarda hərəkətlərdə 14.300 xal toplayaraq gümüş medal qazanıb.

Qeyd edək ki, Qahirədə idman gimnastikası üzrə Dünya Kuboku 3-6 iyun keçirilir.

Milli.Az