Azərbaycan Müdafiə Nazirliyi Kəlbəcər rayonu istiqamətindəki sərhəddə baş verən atışma barədə Ermənistan mətbuatının yaydığı xəbəri təkzib edib.
Nazirliyin Mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı Milli.Az-a bildirib ki, hazırda sərhəddə vəziyyət sakitdir: "Atəşkəsin pozulması halı qeydə alınmayıb. Ermənistan Müdafiə Nazirliyinin yaydığı xəbər bir daha bölgədəki vəziyyəti gərginləşdirməyə yönəlmiş bir təxribatdır".
Milli.Az