Toyota Corolla Cross tam ötürməyə sahib olub

8 İyun 2021 21:01

Toyota Corolla modelinin bazasında yaradılmış krossover sürətlə yeni bazarları fəth etməyə davam edir. Corolla Cross keçən yay Tailandda debüt edib, sonradan Asiya bölgəsindəki bir çox ölkədə satışa çıxarılıb. Bundan başqa, krossoverin istehsalına Tayvanda da start verilib.

Milli.Az ted.az-a istinadən bildirir ki, keçən ilin yazında krossoverin Braziliyadakı zavodda yığılmasına başlanıb ki, buradan avtomobillər Cənubi Amerikanın digər ölkələrinə tədarük ediləcəkdir. İndi isə, Corolla Cross ABŞ bazarında debüt edib.
 

Milli.Az