Sevda Yəhyayeva yol qəzasına düşdü
29 Aprel 2010 18:43
Day.Az saytının məlumatına görə, sərnişin avtobusu müğənninin avtomobilinin sol tərəfinə çırpılıb və ona ciddi ziyan vurub. Baş verənlərdən böyük həyəcan keçirən müğənni bildirib ki, o, heç də maşınının əzilməsinə görə pis olmayıb: "Avtobus maşını mənim əyləşdiyim yerdən elə vurdu ki, həyatımı itirə bilərdim. Ona görə, çox qorxdum".
Milli.Az