Erməni KİV: Əsirlərin qaytarılması üçün Moskvaya getmiş erməni rəsmiləri əliboş qayıdıb

4 İyun 2021 16:58

Azərbaycan, Ermənistan və Rusiya arasında Moskvada keçirilən üçtərəfli görüş başa çatıb.

Milli.Az ordu.az-a istinadən xəbər verir ki, bu barədə "168.am" nəşri yazıb.

Nəşr yazır ki, görüş zamanı erməni tərəfinə xatırladıblar ki, Rusiya Federasiyası Qarabağda sülhməramlı missiya öhdəliyinə götürüb, rus tərəfi əsir və diversant məsələsi üzrə aktiv şəkildə işləyir, Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan isə əsirlər məsələsi üzrə danışıq aparmaq əvəzinə Parisdə Fransa prezidenti Emmanuel Makrondan dəstək istəyir.

Beləliklə, Əsir və diversantların qaytarılması üçün Moskvaya getmiş erməni rəsmiləri əliboş qayıdıb.

Milli.Az