Azad olunmuş ərazilərdə yeni su anbarları tikiləcək

4 İyun 2021 16:44

İşğaldan azad olunmuş ərazilərdə yeni su anbarlarının tikilməsi, mövcud anbarların təmir olunması ilə bağlı işlər aparılır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Nazir müavini bildirib ki, ölkəmizdə suya qənaət edən texnologiyalar tətbiq olunur: "Abşeron yarımadasında 5 min hektara yaxın ərazi damcı suvarma ilə sulanır. 2 min hektara yaxın ərazi isə çirkab sularının təmizlənməsindən alınmış sularla suvarılır. Bu təcrübə Bayıl və Badamdar ərazisində yerləşən çirkab sularının təmizlənməsi vasitəsilə aparılır".

Milli.Az