AZƏRTAC-ın şəhid olan müxbiri sabah dəfn olunacaq

4 İyun 2021 16:52

"Məhərrəm İbrahimovun (Əlioğlu) meyiti Kəlbəcərdə hadisənin baş verdiyi yerdən çıxarılıb. Bizə verilən məlumata görə, bu gecə və yaxud da sabah tezdən onun meyiti yaşadığımız mənzilə çatdırılacaq".

Milli.Az report-a istinadən xəbər verir ki, bu fikirləri iyunun 4-də Kəlbəcərdə minaya düşərək şəhid olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov deyib.

Onun sözlərinə görə, mərhum sabah dəfn olunacaq.

Milli.Az