Putin müjdə verdi - qalmaqallı layihənin tikintisi başa çatıb

4 İyun 2021 16:40

""Şimal Axını-2" qaz kəmərinin birinci xəttinin tikintisi başa çatıb".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu XXIV Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunun plenar iclasında çıxış edən Rusiya Prezidenti Vladimir Putin deyib.

O, qaz kəmərinin ikinci xəttinin inşasının davam etdiyini qeyd edib.

"Kəmərin suyun altında qalan hissəsi tam hazırdır. Qalıb bircə həmin kəmərin Almaniya ərazisindəki kəmərə qoşulması. "Qazprom" "Şimal Axını-2" kəmərini qazla doldurmağa hazırdır", - deyə Rusiya Prezidenti vurğulayıb.

Milli.Az