Ermənistanda mədən kombinatlarında formalaşan ağır metal tullantı suları təmizlənmədən Oxçuçaya axıdılır

4 İyun 2021 16:04

Ermənistanda yerləşən Qaçaran və Qafandağ mədən kombinatlarında formalaşan ağır metal tullantı suları təmizlənmədən Oxçuçaya axıdılır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Regional Ekoloji Mərkəzin direktoru, İctimai Şuranın sədri Mələk Şükürova deyib. Onun sözlərinə görə, çaydan götürülən nümunələr fakt kimi beynəlxalq təşkilatlara təqdim edilib: "Bizə hər hansı cavab gəlməyib. Burada ikili standartlar tətbiq edilir. Azərbaycanda ekoloji terror haqqında beynəlxalq təşkilatlar susur. Həmin mədənlərin idarəçiliyində Avropanın iki nüfuzlu şirkətləri yer alır. Onlar ekoloji standartları öz ölkələrində fərqli təqdim edirlər. Lakin digər ölkələrə gələndə həmin standartlar yaddan çıxır, buna göz yumulur.

Biz kəskin formada tələb edəcəyik ki, həmin mədənlər fəaliyyətini dayandırsın və mədənlərdə yüksək texnologiyalar tətbiq edilsin. Biz bu barədə ekologiya üzrə təşkilatlara bir daha müraciət edəcəyik".

Milli.Az