Torpaqlarımızın azad olunması həmin ərazilərin monitorinqinə şərait yaradıb, yerli və xarici mütəxəssislər artıq monitorinqlərə başlayıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
O bildirib ki, hazırda həmin ərazilərdə qiymətləndirmələr aparılır: "Ərazidə fauna və floraya dəymiş ziyanlar müəyyən edilir, məhv edilən yaşıllıqların ərazisi dəqiqləşdirilir".
Milli.Az