Kəlbəcərdə AzTV-nin rejissoru, avtobusun sürücüsü və bir kənd sakini də yaralanıb

4 İyun 2021 13:02

Xəbər verdiyimiz kimi, Kəlbəcərdə Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və "Azərtac"ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

Milli.Az xəbər verir ki, Kəlbəcərdə AzTV-nin rejissoru Emin Məmmədov, avtobusun sürücüsü və bir kənd sakini də yaralanıb. 

Milli.Az