"Mançester Siti" heyətinə yeni futbolçu qatmağı planlaşdırır.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, "şəhərlilər" "Vilyarreal"dan Pau Torresi almaq istəyir. Klub 24 yaşlı müdafiəçini komandadan ayrılacağı gözlənilən Emerik Laportun əvəzləyicisi kimi görür.
Qeyd edək ki, Torres başa çatan mövsüm 33 matçda 2 qol vurub.
Milli.Az