“Instagram”dan yeni maraqlı funksiya: Gizlətmək mümkün olacaq - FOTO

12 İyun 2021 15:51

"Instagram" "bəyənmə" sayını gizlətmə imkanı yaradıb.

Bu barədə "hi-tech" xəbər yayıb

Məlumata görə, bu addım paylaşımlarının çox da diqqət çəkmədiyini düşünən insanlar üçün edilib.

"Instagram" əvvəlcə bütün istifadəçilər üçün "bəyənmə" sayını gizlətməyi düşünürdü (ancaq paylaşım sahibləri bunu görə bilərdi).

Lakin sonradan şirkət nümayəndələri fikrini dəyişdi: Bu funksiyadan yararlanma imkanı istifadəçilərin öhdəsinə qoyuldu.

Artıq bütün dünyadan olan istifadəçilər bəyənmə və baxış sayının gizlətməyin mümkün olduğu barədə xəbərdarlıqlar almağa başlayıblar.

Milli.Az