Bayden xanımının 70 illik yubileyini çimərlikdə qeyd etdi

4 İyun 2021 19:18

ABŞ Prezidenti Co Bayden Delaverə səfəri çərçivəsində həyat yoldaşı, birinci xanım Jill Baydenin 70 illik yubileyini çimərlikdə qeyd edib.

Milli.Az "bizim.media"ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin yaydığı məlumatda bildirilib.

Çimərlik Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən nəzarətə götürülüb. Çimərliyə bitiçik parkda Bayden və xanımı velosiped sürüblər. 

Prezident jurnalistlərin "həyat yoldaşınıza nə hədiyyə etdiniz" sualını cavablandırmayıb.

Çimərlikdə istirahət edənlər cütlüyə yaxınlaşaraq təbrik ediblər.

Milli.Az