Azərbaycan Rusiya vətəndaşlarının vətənlərinə geri dönməsi istiqamətində növbəti addımı atıb.
Milli.Az report-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın Dağıstan Respublikasının milli siyasət və dini məsələlər naziri Enrik Müslümov məlumat verib.
Onun sözlərinə görə, bu gün 228 Rusiya vətəndaşı "Samur" (Azərbaycan Respublikası) - "Yaraq-Qazmalar" (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisindən vətənlərinə dönüblər.
"Yalnız 15 nəfər Dağıstan sakinidir, onlar bölgədə qaldılar. Digələri Rusiyanın müxtəlif regionlarının sakinidir",- deyə Müslümov əlavə edib.
Milli.Az