"Sumqayıt"da yeni müqavilə

13 İyun 2021 19:04

2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçusu ilə müqaviləni yeniləyib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Vüqar Mustafayev növbəti mövsümdə də bu komandada çıxış edəcək.

Qeyd edək ki, 2019-cu ildən "Sumqayıt"da oynayan  Vüqar Mustafayev bu müddət ərzində ümümilikdə 40 oyunda meydana çıxıb. Mustafayev həmçinin Azərbaycanın U-21, U-23 və "A" millilərinin uğurları üçün çalışıb.

Milli.Az