Miras davası ölümlə bitdi - Əmi, xala və əmisi oğlunu öldürdü - VİDEO

4 İyun 2021 12:48

Sakaryanın (Türkiyə) Erenler qəsəbəsində Yavuz Şanlı miras məsələsində aralarında yaşanan dava zamanı əmisi, xalası və əmisi oğlunu vuraraq öldürüb.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, Yavuz Şanlı qətldən sonra avtomobilinə minərək hadisə yerindən qaçıb. Hadisədən sonra qaçan və dava zamanı aldığı zərbələrdən yaralanan Yavuz Şanlı tutularaq həbs olunub.

Kamran Seyidov
Milli.Az