"Barselona" gələn həftə bu transferi açıqlayacaq

13 İyun 2021 19:03

"Lion"u futbolçusu Memfis Depay "Barselona"ya keçməyə hazırlaşır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Sport.es məlumat yayıb. Tərəflər transferin bütün detallarında razılığa gəliblər. Lakin Kataloniya klubu 27 yaşlı hücumçunun keçidini gələn həftə rəsmi açıqlayacaq. Niderlandlı oyunçu ilə 3 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Depay 2017-ci ildən "Lion"a çıxış edir.

Milli.Az