Ağır xəstəliyə tutulan aktrisanın son vəziyyəti - FOTO

4 İyun 2021 09:24

Sinə xərçənginə yoluxan türkiyəli aktrisa Canan Ergüder son vəziyyəti ilə bağlı paylaşım edib. 

Milli.Az baku.ws-ə istinadən bildirir ki, aktrisa şəxsi "Instagram" hesabında anası ilə fotosunu paylaşaraq bunları yazıb:

"Kimyaterapiya bitdi. Hər şey yolundadır. Axtaran, soruşan, mesaj yazan, dua edən hər kəsə sevgilər".  

Canan Ergüder bu xəstəliyə yoluxandan sonra "Menajerimi ara" adlı serialdan ayrılmaq qərarı verib. 

Milli.Az