Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

4 İyun 2021 10:42

Çində son sutka ərzində 24 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. Milli.Az bildirir ki, bu barədə "worldometers.info"da məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 91 194-ə yüksəlib, ölənlərin sayı əvvəlki kimi 4 636-dır. Ümumilikdə 86 187 xəstə sağalıb.

Ölkədə 371 aktiv koronavirus xəstəsi var ki, onlardan da 8-nin vəziyyəti ağır qiymətləndirilir.

Milli.Az