Moskvada 4 yaşlı uşaq 7-ci mərtəbədən yıxılaraq ölüb

4 İyun 2021 10:30

Moskvada 2017-ci il təvəllüdlü uşaq valideyn nəzarətindən yayınaraq 7-ci mərtəbədən yıxılaraq ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə iyunun 3-ü axşam saatlarında paytaxtın şimal-şərqində baş verib.

4 yaşlı uşağın evin pəncərəsində yıxıldığı bildirilib.

Xatırladaq ki, son günlər azyaşlının ölümü ilə nəticələnən oxşar hadisə Moskvada qeydə alınan ikinci hadisədir. Bundan əvvəl paytaxtın cənubunda azyaşlı hündür mərtəbəli binanın eyvanından yıxılmışdı.

Milli.Az