Braziliyanın futbol üzrə yığma komandası ev sahibliyi etdiyi Amerika Kubokunda iştirakdan imtina edə bilər.
Trend-in xəbər verir ki, bu barədə "Globoesporte" portalı məlumat yayıb.
Portalın məlumatına əsasən, müvafiq tələblə Avropa klublarında oynayan Braziliya milli komandasının oyunçuları çıxış ediblər. Məsələ futbolçuların, məşqçilər heyətinin və Braziliya Futbol Konfederasiyasının rəhbərliyinin iclasında müzakirə edilib.
Ötən gün mətbuat konfransı zamanı braziliyalıların baş məşqçisi Tite bildirib ki, bu mövzu ilə bağlı dəqiq fikrlərini Braziliya Futbol Konfederasiyasının prezidentinə çatdırıblar: "Lakin biz bu mövqeyi hələki ictimaiyyətə açıqlamayacağıq".
Onun sözlərinə görə, indi yığma komanda iyunun 5-i Ekvadora və iyunun 9-u Paraqvaya qarşı keçiriləcək iki oyun barədə düşünməlidir: "Bu iki oyundan sonra fikirlərimi bölüşəcəyəm, <...> vaxtı gələndə onlar [oyunçular] da öz sözlərini deyəcəklər".
Milli.Az