Türkiyədə avtomobil körpüdən aşdı, 5 nəfər öldü

3 İyun 2021 18:12

Bu gün Türkiyədə ölümlə nəticələnən daha bir yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, qəza Şanlıurfa vilayətinin Siverek-Çermik magistral yolunda qeydə alınıb.

Hərəkətdə olan avtomobil körpüdən aşaraq dərəyə yuvarlanıb.

Qəza nəticəsində 5 nəfər ölüb.

Qeyd edək ki, bu gün Sivasda iki avtomobilin toqquşması nəticəsində 9 nəfər ölüb.

Milli.Az