25 mağazada keyfiyyətsiz ərzaq aşkarlanıb - SİYAHI
29 Aprel 2010 18:23
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, ümumi çəkisi 1,4 tona yaxın saxlama müddəti ötmüş və normativ texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları, o cümlədən qənnadı məhsulları, kolbasa, konservləşdirilmiş məhsullar, un məmulatları, süd və süd məhsulları, yağ, duz, sərinləşdirici içkilər, meyvə şirələri, çay, pivə və s. satışdan çıxarılaraq məhv edilib. Nazirlik keyfiyyətsiz malların satıldığı mağazaların siyahısını da açıqlayıb:
Bakının Səbail rayonunda
- Badamdar qəsəbəsi, 1128-ci keçid ünvanında yerləşən "Tana market"də;
- Badamdar qəsəbəsi, T.Məmmədov və M.Paşayev küçələrinin kəsişməsində Sabir Əliyevə məxsus mağazada;
- Badamdar qəsəbəsi, R.İsgəndərov küçəsi, ev 4A ünvanında yerləşən "Bizim market"də;
- Badamdar qəsəbəsi, İ.Nəbiyev küçəsi, ev 2A ünvanında Tamilla Quliyevaya məxsus 5 nömrəli mağazada;
- A.Abbaszadə küçəsi, ev 19 ünvanında yerləşən "Büllur supermarket"də;
- Ö.F.Nemanzadə küçəsi, 70 ünvanında yerləşən "Çempion Çudo market"də;
- Badamdar qəsəbəsi, Məktəbli və Nəzərov küçələrinin kəsişməsində Zahir Səmədova məxsus mağazada;
- Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, ev 7A ünvanında Hüseyn Şahbazova məxsus mağazada;
- Badamdar qəsəbəsi, Ə.Nəzərov küçəsi, ev 4 ünvanında hüquqi şəxs "Azəri Çörək" MMC-yə məxsus mağazada;
- Ö.F.Nemanzadə küçəsi, ev 78 ünvanında yerləşən "Orxan market"də;
- Badamdar qəsəbəsi, Ə.Nəzərov küçəsi, 3 ünvanında Rəhim İsmayılova məxsus ərzaq mağazasında;
- Ö.F.Nemanzadə küçəsi, 33 ünvanında Hüseyn Abdalxanova məxsus ərzaq mağazasında;
- Badamdar yolu, ev 107 ünvanında yerləşən "Kral market"də;
- Salyan şosesi, 20-ci sahə dairəsində fiziki şəxs Həşim Əhmədova məxsus ərzaq mağazasında;
- A.İsmayılov küçəsi, ev 20 ünvanında yerləşən "Dünya market"də;
Nəsimi rayonunda
- K.Səfərəliyeva küçəsi, ev 19 ünvanında Nərmin Rzayevaya məxsus mağazada;
- R.Rza küçəsi, 47, mənzil 6 ünvanında yerləşən "Bizim market"də;
- B.Səfəroğlu küçəsi, ev 163, mənzil 2 ünvanında yerləşən "Kulinariya market"də;
Nərimanov rayonunda
- A.Məmmədzadə küçəsi, 5/7 ünvanında yerləşən "Okean 1 market"də;
Yasamal rayonunda
- General A.Abbasov küçəsində Tağı Cəbiyevə məxsus ərzaq mağazasında;
- Mətbuat prospekti, ev 2B ünvanında Qismət Hüseynova məxsus mağazada;
Binəqədi rayonunda
- Binəqədi qəsəbəsi, 1288-ci keçiddə yerləşən "N.A.N.T" MMC-yə məxsus anbarda;
Şəki şəhərində
- Kiçik Dəhnə kəndində Habil Lömanova məxsus ərzaq mağazasında;
Gəncə şəhərində
- Şahsevənlər küçəsi, 133 ünvanında Anar Musazadəyə məxsus ərzaq malları mağazasında;
Qusar rayonunda
- Xudat kəndində Elvira Rəhimxanovaya məxsus mağazada;
Naftalan şəhərində
- H.Əliyev küçəsində yerləşən "Maqsud market"də;
- H.Əliyev küçəsində Xaləddin Bayramova məxsus ərzaq malları mağazasında;
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcək.
Milli.Az