"Ağ saçlarımdan razıyam" - Aslı Enver

4 İyun 2021 02:00

Türkiyənin məşhur aktrisası Aslı Enver yeni filmi üzərində işləməyə başladığını söyləyib. O, "yaxşı bir layihə olacaq. Mən həyəcanlıyam" deyib.

Milli.Az sia-ya istinadən verdiyi xəbərə görə, aktrisa "saçlarınızı rəngləməyi düşünürsünüzmü?"- sualına belə cavab verib: "Saçlarımdakı ağlarla xoşbəxtəm, onları sevirəm. Düşünmürəm, amma lazım olsa, layihə üçün rənglədə bilərəm".

Milli.Az