Erməni boksçu ona "xəstə" deyən qızı döydü - araşdırma başladı - FOTO

3 İyun 2021 19:06

Rusiya Boks Federasiyası boksçu Arutyun Avetisyan tərəfindən vəhşicəsinə döyülməsi ilə bağlı araşdırmalara başlayıb.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı telegram-kanal 112 yayıb. Hazırda polis faktla bağlı araşdırmalara başlayıb. Federasiyadan bildirilib ki, bu cür faktlara yol verilməsini pisləyirlər. Erməni bosçu peşəkar idmançıdır və 13 qələbəsi var. O bildirib ki, qız onu təhqir etdiyi üçün bu addımı atıb. Nəticədə qızı döyüb, bıçağı çıxarıb hədələyib.

Kamran Seyidov
Milli.Az