Ermənistanda COVID-19-a yoluxanların sayı 222 978 nəfərə çatıb

3 İyun 2021 12:54

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 108 yoluxma halı qeydə alınıb.

Milli.Az bildirir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 222 978 nəfərə çatıb.

Son sutka ərzində 2 nəfər koronavirusdan ölüb və bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4448 nəfərə çatıb.

Milli.Az