Almaniyada Buşu zəhərləyiblər

29 Aprel 2010 18:12
"CNN" xəbər verir ki, bu fikirlər xanım Buşun memuarlarında əksini tapıb. Onun bildirdiyinə görə, bu hadisə 2007-ci ildə "Böyük səkkizlik" ölkələrinin Almaniyada keçirilən sammiti zamanı baş verib.

Sabiq birinci ledi yazır ki, Almaniyada o, Corc Buş və nümayəndə heyətinin onlarla üzvü qəflətən özlərini elə pis hiss ediblər ki, hətta səhər yataqdan qalxa bilməyiblər. Nəticədə ABŞ prezidenti vacib görüşlərdən birini buraxmalı olub. Fransanın dövlət başçısı Nikola Sarkozi ilə görüş zamanı isə Buş özünü o qədər pis hiss edib ki, hətta həmkarını salamlamaq üçün ayağa qalxa bilməyib.

Milli.Az